Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Dana ürəyi yeməyin faydası Xəbərlər

0

  • Yaponiya universitetlərinin araşdırmaçıları sübut edib ki, dana ürəyini yeyən siçanlarda qanda xolesterinin səviyyəsi və çəkiləri azalıb. Təcrübənin müəllifləri qeyd edir ki, ət sənayesində zibilə atılan mal-qara ürəyindən ateroskleroz xəstələri üçün BAD-lar hazırlamaq olar.
    Buz.Su medicina.az-a istinadən bildirir ki, eksperimentdə 50 erkək laboratoriya siçanı istifadə olunub. 52 gün ərzində onlara ateroskleroz yaradacaq qidalar verilib, qaldıqları otaqda oksigenin səviyyəsi azaldılıb, həmçinin stressə məruz qoyulub. Nəticədə gəmiricilərin çəkisi və qanda xolesterinin miqdarı artıb.
    Sonra bu siçanları 2 qrupa bölüblər: 1-ci qrupda adi qidalanma rejimi seçilib, digər qrupun qidasına isə dana və donuzun ürək və aortasından hazırlanmış əlavələr qatılıb. 14 gün sonra hər iki qrupdan qan analizi götürülüb.
    Məlum olub ki, qidasında aorta və ürək toxumaları olan siçanlarda çəkidə dəyişiklik olmayıb, əksinə azalma baş verib. Qanda yapışqanlı zülal və xolesterinin miqdarı da azalıb. Və bu siçanlarda ateroskleroz əlamətləri də itməyə başlayıb. Həmçinin siçanlarda iltihabi proseslərə səbəb olan immun hüceyrələrinin də sayı kəskin azalıb.
    Ona görə də alimlər heyvan ürək və aortasının toxumalarının ateroskleroz xəstələri üçün uyğun olduğu qənaətinə gəlib. Onların fikrincə, belə tərkibdə BAD hazırlansa, aterosklerozun profilaktikasında da uğurla tətbiq oluna bilər.
    Buz.Su

    Mənbə: https://news.milli.az/health/889294.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    267
    29
    17
    14
    14
    3
    34
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar