Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Əfsanə həbsdə ana oldu Xəbərlər

0

  • Dörd ay əvvəl Sumqayıt şəhərinin Corat qəsəbəsində ərini öldürmə ittihamı ilə həbs edilmiş 34 yaşlı Əfsanə Məmmədovanın istintaq təcridxanasında övladı dünyaya gəlib.
    Buz.Su qafqazinfo-ya istinadən xəbər verir ki, Əfsanə Penitensiar xidmətin müalicə müəssisəsində ana olub.
    Bu günlərdə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatıb. İbtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror seçilmiş qətimkan tədbirinin uzadılması üçün məhkəməyə təqdimat verib. Sumqayıt Şəhər Məhkəməsi məhkum ananın həbsdə saxlama müddətini 3 ay daha uzadıb.
    Xanım müttəhimə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bu maddənin sanksiya həddi 9 ildən 14 ilə kimidir. Qanuna əsasən himayəsində yetkinlik yaşına çatmayan övladının olması müttəhimin cəzasını yüngülləşdirən hallardan hesab edilir.
    Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib.



    İddianamədə deyilir ki, Ə.Məmmədova əri Ağahüsyen İmanovu bıçaqla qətlə yetirdikdən sonra könüllü olaraq təslim olub. Onlar hadisədən 3 ay əvvəl ailə həyatı qurublarmış.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/society/1174957.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    9
    10
    12
    9
    9
    21
    25
    21
    14
    7
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar