Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Elza verilişdə ƏSƏBİLƏŞDİ: “Efirə “dızıldayan çaynik"ləri çıxarmaq olmaz” – VİDEO Xəbərlər

0

  • "Jurnalistika ixtisasında təhsil alan tələbə ilə rastlaşdım, Azərbaycan dilində bərbad danışırdı. Danışığı nə zaman düzələcək? Düzəlməyəcək! Onu efirə çıxarmaq olmaz. Bu biabırçılıqdır. Orada bilirsiniz, nə vəziyyətə düşdüm? İnsanlar infarkt keçirə bilər. Əgər indiyə kimi düzəlməyibsə, bundan sonra da düzəlməyəcək".
    Buz.Su bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahan qonaq olduğu "Gün işığında" səhər verilişində deyib.
    Sənətçi sözügedən proqramın efirində yayımlanan süjetdə bir tələbənin Azərbaycan dilində səlis və düzgün danışa bilməməsindən əsəbiləşib. Elza jurnalist olmaq istəyən tələbə respondenti sərt şəkildə tənqid edib: "İş orasındadır ki, bəzi müəllimlər ləhçə ilə danışırlar. Olmaz! Ləhçəyə böyük hörmətim var. Ən kobud ləhçə "Dağlı"ların ləhçəsidir. Mən "Dağlı"lıyam, heç görmüsünüz ki, dağlı ləhçəsi ilə efirdə danışım? Belə şeylər olmaz! Bizim ədəbi dilimiz var. Ləhçə ilə danışan insanları efirə çıxarmaq olmaz.
    Əgər tələbə "Azərbaycan" sözünə "Azərbadzan" deyirsə və hərifləri düzgün şəkildə tələffüz etmirsə, müəllim deməlidir ki, al bu diplomunu, çıx get. Allah iraq eləsin, az qala beynimə qan sızsın. Deyir ki, jurnalist olmaq istəyirəm, amma danışığı və tələffüzü bərbaddır. O qıza yazığım gəldi. Onun təməli elə qurulub. Onu ali məktəbə gərək götürməzdilər. Biz nə qədər yalandan gülməliyik? Bizim gözəl Azərbaycan dilimiz, leksikonumuz, dinimiz və tərbiyəmiz var.Tərbiyəmiz isə bizim əbədi dilimizdir. Ona görə efirə "dızıldayan çaynikləri" çıxarmaq olmaz".
    Buz.Su

    Mənbə: https://news.milli.az/showbiz/1143629.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib37 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    31
    27
    27
    27
    26
    32
    8
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar