Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Evdə qalmış BÜRCLƏR – Onlar nikah masasından niyə qaçırlar? Xəbərlər

0

  • Müəyyən bir yaş həddinə çatdıqdan sonra kişilər, daha çox isə qadınlar üzərində ailə və çevrə basqısı artmağa başlayır. Xüsusən də, evlənmək məsələsində. Onlara yarı ciddi, yarı zarafat "evdə qalmış" da deyirlər. 

    Lakin cəmiyyətdən asılı olaraq müəyyən yaş həddini keçmiş şəxslərin evlənməmək üçün fərqli səbəbləri olur. Bu səbəb fərqləri bürclərə görə də dəyişir.
    Sonxeber.pro bizim media-ya istinadən evlənməkdən qaçan şəxslərin bürclərə görə səbəblərini araşdırıb.
    Balıq, xərçəng və əqrəb həyatının sevgisini gözləyir.
    Bəzi insanlar var ki, onlar üçün yeganə şərt sevgidir. Bu şəxslər həyatının yeganə sevgisi olacaq şəxslə evlənməyi arzulayır, əks təqdirdə nikah masasından qaçırlar. Romantik balıqlar, emosional xərçənglər və ehtiraslı əqrəblər bu qəbildəndir.
    İş və prinsiplərini ön planda saxlayan qızlar və oğlaqlar.
    Qızlar üçün prinsipləri ön plandadır. Onlar həm də mükəmməliyyətçidirlər, hər şeyin ən yaxşısını istəyirlər. Bunun üçün evlilik variantlarını dəyərləndirərkən də prinsip və maksimalistliklərini ön planda saxlayırlar. Nəticədə ideal tərəfdaşı tapmaq onların illərini alır.
    Oğlaqlar üçün də prinsipləri, eyni zamanda karyeraları ön plandadır. Əgər evləndikləri şəxsin karyeralarına ən kiçik maneə yaradacağını düşünsələr evlilikdən imtina edirlər.



    Bağlanmaqdan qorxan dolça və oxatanlar.
    Məsuliyyət götürmək, azadlığının məhdudlaşması düşüncəsi həm dolçalar, həm də oxatanlar üçün qorxunc kabus kimidir. Bu səbəbdəndir ki, oxatan və dolçalar evliliyə də "həbsxana" həyatı kimi baxırlar. Əgər onların tərəfdaşlarının həyatlarını məhdudlaşdıracağı ehtimalını hiss etsələr, dərhal nikahdan qaçacaqlar.
    "Subaylıq sultanlıqdır" deyən əkizlər
    Yaşları 30-u keçsə belə əkizlər özlərini gənc hiss edirlər. Onlar fərqli əyləncələr, yeni-yeni tanışlıqlar, macəralar axtarırlar. Əkizlər heç vaxt əyləncədən doymurlar. Digər tərəfdən, bu bürcün nümayəndələri qərarsızdırlar, hətta evlənməyə qərar versələr belə, bir gün sonra evlilikdən boyun qaçıra bilərlər.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/horoscope/1140632.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    17
    22
    15
    40
    19
    5
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar