Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İngiltərədən Türk limanlarına 1 milyon tondan çox yük daşınıb Xəbərlər

0

  • 2024-cü ilin yanvar-fevral aylarında İngiltərədən Türk limanlarına 1 milyon 179 min 547 ton yük daşınıb.
    Buz.Su xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
    Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İngiltərədən limanlara 4 min 570 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 milyon 161 min 427 ton yük çatdırıb.
    Bu müddət ərzində İngiltərə bayraqlı gəmilərlə Türkiyə limanlarına 13 min 550 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarına İngiltərədən 42 min 365 ton tranzit yük daşınıb.
    Qeyd edək ki, 2024-cü ilin fevral ayında Türkiyə limanları 32 milyon 794 min 263 ton yük qəbul edib.
    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 368 min 96 ton təşkil edib.
    Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 426 min 167 ton olub.
    Bununla yanaşı, 2024-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 926 min 868 ton transit yük daşınıb.
    Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 66 milyon 27 min 67 ton yük qəbul edib.



    "2024-cü ilin yanvar-fevral aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 739 min 472 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 61 milyon 287 min 595 ton təşkil edib", - deyə məlumatda qeyd edilib.
    Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 11 milyon 157 min 744 ton transit yük daşınıb.
    Qeyd edək ki , bu ilin fevral ayında Türkiyə limanları 4 min 531 gəmi qəbul edib.
    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 437, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 94 olub.
    2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 8 min 883 gəmi qəbul edib.
    Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 47, Türkiyə bayrağı altında olan gəmilər isə 2 min 836 olub.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/turkey/1189721.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    6
    19
    19
    23
    10
    18
    23
    30
    13
    28
    16
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar