Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Köhnə cinayət yeni üsulda - Ev axtaranlar, diqqətli olun! Xəbərlər

0

  • Sabahdan yeni tədris ili başlayır. Bu səbəbdən tələbələrin bölgələrdən geri dönüşü və tələbə adı qazananların çoxu kirayə mənzil axtarışındadır. Bu vəziyyətlə əlaqəli olaraq dələduzlar bundan sui-istifadə edirlər.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, dələduzlar müxtəlif elan saytlarında kirayə mənzil elanları yerləşdirirlər.
    Sujet xətti belə gerçəkləşir: Siz elan saytından ev bəyənirsiniz və elanı qoyan şəxslə əlaqə saxlayırsınız, evi bəyəndiyinizi bildirirsiniz və elanın sahibi, yəni dələduz sizdən beh və ya bütöv kirayə haqqını istəyir ki, evi istəyən çoxdur.
    Sizi inandırmaq üçün də şəxsiyyət vəsiqəsini göndərir. Əslində, təqdim etdiyi şəxsiyyət vəsiqəsi hansısa qurbanına məxsusdur. Bu və ya buna bənzər üsullarla insanlar aldadılır. Vətəndaşlardan xahiş olunur ki, ehtiyatlı olsunlar, evi görməmiş, kirayə mənzil verəni tanımamış pulu onlayn yolla ödəməsinlər.
    Qeyd edək ki, bu üsul sosial mühəndislik hücumu adlanır. Sosial mühəndislik ssenari hazırlamaq kimidir. Hazırlanacaq bu ssenarinin yalnız bir məqsədi var; sistemə daxil ola bilmək üçün kifayət qədər məlumat əldə etmək. Sosial mühəndislik hücumlarında insanların zəiflikləri, qorxuları və diqqətsizliyi çox vaxt ən böyük silah olaraq istifadə edilir. Lazımi məlumatı əldə etmək, etibarınızı qazanmaq üçün dost ola bilər və hətta görüşə bilərlər.
    Buz.Su

    Mənbə: https://news.milli.az/society/1143332.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    33
    12
    12
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar