Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ukrayna ordusu: Avdiivkanın işğalı Rusiyaya 50 minə yaxın itkiyə başa gəlib Xəbərlər

0

  • Ukraynanın Donetsk vilayətinin Avdiivka şəhərinin işğalı Rusiyaya 17 min ölü daxil olmaqla 47 min itkiyə başa gəlib.
    Buz.Su report.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Tavriya" operativ-strateji qoşun qrupunun nümayəndəsi Dmitro Lixoviy BBC-yə müsahibəsində bildirib.
    Ukrayna tərəfinin qiymətləndirməsi müstəqil mənbələrlə yoxlamaq qeyri-mümkündür, bundan başqa, Kreml də müharibədəki, xüsusilə sözügedən döyüşdəki öz itkilərini açıqlamır. Moskva sonuncu dəfə 2022-ci ilin sentyabrında ordunun ümumi itkilərini açıqlayıb (Kiyev indiyədək ümumiyyətlə açıqlamayıb). Avdiivka kontekstində isə Rusiya Prezidenti Vladimir Putin rəqəm çəkmədən ancaq "həlak olanlar"dan bəhs edib. Bununla belə, ABŞ kəşfiyyatı hələ ötən ilin dekabrında Rusiyanın sözügedən istiqamətdəki ölü və yaralı itkilərini 13 min hesablayıb.
    Xatırladaq ki, fevralın 17-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski Ukrayna qoşunlarının Avdiivkadan çəkilməsini elan edib. Şəhər uğrunda döyüşlər ötən ilin oktyabrında şiddətlənmişdi. Avdiivka hələ 2014-cü ildə separatçıların nəzarətinə keçmiş Donetskdən cəmi 15 km məsafədə yerləşməklə strateji önəmə sahibdir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1183907.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib17 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    16
    30
    28
    19
    26
    12
    21
    30
    17
    37
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar