Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ulduz olmayan qalaktika kəşf edildi Xəbərlər

0

  • Astronomlar Tutqun Qalaktikalarla bağlı tədqiqat apararkən heç bir ulduz müşahidə olunmayan qalaktika kəşf ediblər.
    Şamaxı Astrofizika Rəsədxanasından Buz.Su-a verilən məlumata görə, J0613+52 qalaktikasını aşkarlayan Qrin Bank Rəsədxanasının (Green Bank Observatory) əməkdaşlarının cari tədqiqat işinin əsas məqsədi Tutqun Qalaktikalardakı qaz və dinamik kütləni araşdırmaqdır.
    Bildirilib ki, bu tip qalaktikalar ulduzəmələgəlmə prosesi, ulduz və qalaktikaların təkamülünü izləmək üçün ideal obyektlərdir.
    Adətən normal qalaktikaların mərkəzində bir və ya bir neçə super kütləli qara dəlik yerləşir və milyardlarla ulduzdan ibarət olur.
    Kiçik cırtdan qalaktikalar olan Tutqun Qalaktikalar yüksək səviyyədə diffuz qaz və qara maddənin artıqlığı səbəbindən zəif işıq saçır və digər qalaktikalarla müqayisədə ulduzları azdır. Bizdən 270 milyon işıq ili məsafədə yerləşən J0613+52 qalaktikası isə demək olar ki, adi gözlə görünmür və ulduzlararası maddəni xatırladır.
    Tədqiqat qrupunun üzvləri düşünürlər ki, qalaktika digər kosmik obyektlərdən uzaqda yerləşdiyi üçün heç bir cazibə qüvvəsinin təsirinə məruz qalmayıb və ulduz əmələgəlmə prosesi baş verməyib. Digər normal cavan qalaktikalardan fərqli olaraq J0613+52 ancaq qaz kütləsindən ibarətdir və ulduzlar müşahidə olunmur. Adətən belə kiçik qalaktikalar bir neçə milyon zəif ulduza ev sahibliyi etsə də, müşahidələrdə heç bir ulduz qeyd olunmayıb.
    Qeyd edək ki, qalaktikanın müşahidəsi istiqamətində elmi tədqiqat işləri davam etdirilir. Sonrakı tədqiqatlar qalaktikada heç bir ulduzun olmadığını təsdiqləsə, J0613+52 ilkin qazdan ibarət ilk kəşf olunan qalaktika ola bilər.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1178119.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    37
    12
    24
    6
    18
    15
    24
    25
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar