Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Uzunömürlülərin sirri açıldı: Bu qidaları yeyirlər Xəbərlər

0

  • Uzunömürlü şəxslər çox vaxt lobya və fermentləşdirilmiş qidalar yeyirlər.
    Buz.Su lent.az-a istinadən bildirir ki, uzunömürlülük haqqında amerikalı tədqiqatçısı və sağlam qidalanmaya dair kitabların müəllifi Den Buettner danışıb.
    O bildirib ki, qida rasionunda fermentləşdirilmiş və müxtəlif bitki qidaları uzunömürlülük əldə etməyə kömək edir. Dan Buettnerin tədqiqatı "Mavi Zonalar" adlanan ərazilərə - uzunömürlü insanların məskunlaşdığı dünyanın bir neçə kiçik bölgəsinə yönəlib. Buettnerin fikrincə, uzunömürlülük əldə etməyin əsas şərti düzgün qidalanmadır.
    Bu, rasionda heyvan zülalının nisbətinin məhdudlaşdırılmasını və istehlak edilən paxlalıların, tərəvəzlərin miqdarının artırılmasını nəzərdə tutur. Lobya, mərcimək, noxud zülal və liflə zəngindir - həzm olunmayan pəhriz lifi bağırsaqların işini yaxşılaşdırmağa kömək edir. Bundan əlavə, paxlalı yeməklər hazırlamaq asandır.
    Uzun ömür üçün düzgün bəslənmənin digər mühüm prinsipi müxtəliflikdir. Qeyd olunur ki, bəzi ölkələrdə (məsələn, Yaponiya) yüzlərlə növdə göbələk, soğan, lobya, turşu və digər fermentləşdirilmiş qidalar var. Aralıq dənizi regionunda (Fransa, Portuqaliya, İtaliya və İspaniyanın bir hissəsini əhatə edir) həm də fermentləşdirilmiş qidalar olan pendir və qatıq məşhurdur.
    Fermentasiya edilmiş qidaları təzə bitki qidaları ilə əvəz etmək bədəni diabet və ürək xəstəliklərindən qoruya bilər. Bundan əlavə, müxtəlif qidalar yemək, insanın ehtiyac duyduğu bütün vitaminləri, mineralları və qida maddələrini alma ehtimalının daha yüksək olması deməkdir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/health/1186529.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    34
    25
    27
    13
    30
    17
    34
    20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar