Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Yunanıstan Azərbaycandan qaz idxalını artırıb Xəbərlər

0

  • 2023-cü ilin yanvar-iyun ayları ərzində Yunanıstan Azərbaycandan 1,020 milyard kubmetr qaz idxal edib.
    Sonxeber.pro Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) statistika idarəsi olan "Eurostat"dan bildiriblər.
    İyun ayında idxal may ayındakı 163 milyon kubmetr qazla müqayisədə 7,1 faiz artım nümayiş etdirərək, 174,6 milyon kubmetr olub.
    Yunanıstanın Azərbaycandan təbii qaz alışına çəkdiyi xərclərin ümumi məbləği 2023-cü ilin ilk altı ayı ərzində 523,8 milyon avro olub.
    İyun ayında xərclər may ayındakı 68,8 milyon avro ilə müqayisədə 58 milyon avro olub (15,7 faiz azalma).
    Energetika Nazirliyinin məlumatlarına görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 24,1 milyard kubmetr təbii qaz hasil olunub.
    Bu dövrdə Azərbaycan qazının satış həcmi 12 milyard kubmetr olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,5 faiz çoxdur. Yanvar-iyun ayları ərzində Türkiyəyə 5 milyard kubmetrə yaxın, Avropaya 5,7 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac olunub. Qeyd etmək lazımdır ki, bu dövrdə Trans-Anadolu boru kəməri (TANAP) ilə Türkiyəyə 2,8 milyard kubmetrdən çox qaz ixrac edilib.
    Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə tədarük edir. Boru kəmərinin gücü ildə 20 milyard kubmetrədək genişləndirmə imkanı ilə 10 milyard kubmetr təşkil edir.

    Sonxeber.pro 

    Mənbə: https://news.milli.az/country/1140560.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib35 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    34
    28
    38
    28
    27
    15
    16
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar