Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Mahir Emrelinin komandası 3 futbolçu ilə yollarını ayırır Xəbərlər

0

  • Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" klubu 3 futbolçu ilə yollarını ayırır.
    Buz.Su report-a istinadən xəbər verir ki, Zaqreb təmsilçisini tərk edəcək oyunçulardan ikisi müdafiəçi, biri isə hücumçudur.
    Ukraynalı Boqdan Mixayliçenko, uruqvaylı Xoakin Sosa, həmçinin, bosniya və herseqovinalı Luka Melano baş məşqçi Sergey Yakiroviçin göstərişi ilə mövsümün ikinci yarısında "Dinamo"da yer almayacaqlar. Melano Sloveniya klubu "Çelye" ilə ilkin razılığa gəlib. Mixayliçenko sabiq komandası "Anderlext"ə (Belçika) qayıdacaq. İcarə əsasında çıxış edən Sosa isə müqavilə ilə məxsus olduğu İtaliya "Bolonya"sına dönəcək.
    "Dinamo"nun daha iki oyunçu ilə vidalaşması gözlənilir. Rəhbərlik indi də Mahir Emreli və iranlı Sadeq Moharrami ilə yolları ayırmağın planlarını qurur.
    Qeyd edək ki, Mahir Emrelinin "Dinamo" ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1172064.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    15
    23
    27
    3
    15
    25
    28
    23
    31
    43
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar