Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
3 qat dünya çempionu: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm” Xəbərlər

0

  • Karyerasında üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli uğuru barədə danışıb.
    Buz.Su oxu.az-a istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda fəxri kürsünün ən yüksək pilləsinə qalxan və titulunu qoruyan yunan-Roma güləşçimiz Azərbaycan Güləş Federasiyasının saytına açıqlamasında qələbəsini hərbçilərimizə həsr etdiyini söyləyib:
    "Bütün Azərbaycan idman ictimaiyyəti bilirdi ki, mən üçüncü dəfə dünya çempionu olmağı necə istəyirdim. Allaha həmd olsun. Müstəqillik tarixində yunan-Roma güləşində 3 qat dünya çempionumuz yox idi. Məhəddin Allahverdiyev 80-ci illərdə SSRİ adından üç dəfə dünya çempionu olmuşdu. Bu il çox işlədik, əziyyət çəkdik. Müəyyən zədələrim var idi. Buna baxmayaraq, 3-cü dəfə dünya çempionu ola bildim. Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm. Biz burada qalib gəldik, onlar isə orada. Əlbəttə, sinəmdəki zədə mənə çətinlik yaradırdı. Sümüyüm sınmışdı. Tam bərpa olunmasam da, yenə də bacardıq. Rəbbim bu qələbəni mənə nəsib etdi. İnşallah, 4-cü dəfə dünya çempionu olmağa çalışacağam".
    Buz.Su

    Mənbə: https://news.milli.az/sport/1145096.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    18
    25
    21
    20
    23
    20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar