Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Beynəlxalq Universitet İdman Festivalının bağlanış mərasimi keçirilib - FOTO Xəbərlər

0

  • Avqustun 31-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalının bağlanış mərasimi keçirilib.
    Sonxeber.pro Trend-ə istinadən xəbər verir ki, tədbir Yekaterinburqun Beynəlxalq Sərgi Mərkəzində təşkil olunub.
    İlk olaraq festivalda iştirak edən ölkələrin bayraqları səhnədə nümayiş olunub.
    Tədbirdə çıxış edənlər yarışda bütün ölkələrin idmançılarının aktiv iştirak etdiyini vurğulayıblar, gələcəkdə də daha çox uğur qazanacaqlarını qeyd ediblər.
    Daha sonra Rusiya Federasiyasının Dövlət Himni səsləndirilib.
    Beynəlxalq Universitet İdman Festivalının qapanış mərasimi musiqili şou proqram və müxtəlif səhnəciklərlə başa çatıb.
    Qeyd edək ki, Festival Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri ümumilikdə 14 idman növündə qüvvələrini sınayıblar.



    Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edib. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışıblar.
    İdmançılarımız ümumilikdə 28 medal əldə ediblər. Bunların dördü qızıl, səkkizi gümüş, on altısı bürüncdür. Yarışda Azərbaycan medalların sayına görə altıncı yeri tutub.
    Ev sahibi Rusiya birinci, Çin ikinci, Braziliya isə üçüncü pillənin sahibi olub.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/sport/1140825.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib44 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    15
    15
    22
    23
    31
    15
    12
    28
    11
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar