Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Dolana bilmirdim, fəhlə, kloun kimi də işləyirdim" Xəbərlər

0

  • "Mədəniyyət və İncəsənət Universitetdə tələbə olarkən Gənclər Teatrında Hüseynağa Atakişiyev kimi rejissordan baş rol almışdıq. Amma biz dolana bilmirdik. Kosa, keçəl, kloun kimi məclislərə getmişəm. "Şaxta baba" obrazına boyum çatmırdı. İndiki bəzi məşhurlarla bir yerdə getmişik. Adlarını demək istəmirəm, xətrlərinə dəyər. O vaxt bunlar olub, işləyib qazanmışam".
    Buz.Su axar.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "AStar" yutub layihəsində qonaq olarkən deyib.
    O, keçmişdə yaşadığı çətinliklərdən danışıb:
    "1993-cü ildə Rusiyaya böyük axın var idi, camaat işləməyə gedirdi. Atama dedim ki, mən də getmək istəyirəm. Rus dilini bilirəm, gedib işləyəcəyəm. Cibindən 2 min manat çıxardı və yarısını verdi mənə. Dedi ki, aclıqdan ölsək də, tox olsaq da, burada olacaqsan. Heç yerə getməyəcəksən. Allah atama rəhmət eləsin ki, o vaxt məni qoymadı getməyə.
    Sonra getdim Gənclər teatrına qəbul oldum. 1 ildən sonra artıq baş rolda oynayırdım. Amma yenə də dolana bilmirdim. O vaxtkı pulnan 4900 manat verirdilər. Yol pulum isə 6 min manat idi. Qazancım heç yol puluma çatmırdı. Əlavə pulu kosa, keçəl kimi məclislərdən qazanırdım. 
    Fəhlə, qaynaqçı, bulka bişirilən yerdə işləmişəm. Gecələr bulka bişirib, səhər isə 7-dən 10-na kimi yatmışam. Sonra isə yuxudan durub getmişəm tamaşanın məşqlərinə. Günorta qrim otağında uzanmışam, günorta isə bir dənə pirojki alıb yemişəm. Bunları ağlaşma kimi demirəm, sadəcə yaşadığımı deyirəm. Axşam 19:00-da tamaşa oynamışam. Oradan da çıxıb getmişəm bulka bişirməyə. Səhər yenə həmin şey. Həm gündəlik pul, həm də 10 ədəd b
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1191665.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib12 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    19
    19
    34
    26
    12
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar