Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Əkiz bacılar eyni anda uşaq dünyaya gətirdi - FOTOlar Xəbərlər

0

  • Avstraliyalı əkiz bacılar Nikol və Rene Bailli bir neçə dəqiqəlik fərqlə eyni doğum evində uşaq dünyaya gətiriblər.
    Buz.Su sfera.az-a istinadən bildirir ki, gənc analar yeni doğulan körpələr - Ruby və Zevian arasında çox ümumi cəhətlər olduğunu deyir.
    Bacılar iki il əvvəl altı ay fərqlə ilk qızlarını dünyaya gətiriblər, lakin bu dəfə onların hamiləlik tarixləri cəmi iki həftə fərqlə olub.
    "Biz eyni zamanda möcüzəvi şəkildə hamilə qaldıq, bu dəlilik idi" -deyə Nikol gülür.
    Əvvəlcə Nikol doğuşa gedib. Bacısı uşaqlara baxmaq üçün onun evinə gəlsə də, Renenin də sancıları başlayıb. Narahat olan qadın onu doğum evinə aparmaq üçün sevgilisinə zəng edib.

    "Hamımız güldük. Sadəcə inana bilmirdik. Mən var gücümlə uşağı maşında dünyaya gətirməməyə çalışdım. Xəstəxanaya girən kimi ayağa qalxdım, yoldaşımı tutdum və dedim: "Körpə gəlir, körpələr gəlir!".
    Palatada doğuma hazırlaşan Nikol, dəhlizdə kiminsə yenicə uşaq dünyaya gətirdiyini eşidib. Qapıya boylananda məlum olub ki, bu, onun əkiz bacısı imiş.
    Körpələr zahirən bir-birinə çox bənzəyir.
    Nikol gülümsəyərək deyir: "Onlar da bizim kimi həyatları boyu ad günlərini birlikdə qeyd edəcəklər".
    İndi Baillie bacıları körpələrini evə aparmağı səbirsizliklə gözləyirlər.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1181991.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    5
    22
    17
    18
    31
    20
    28
    32
    1
    23
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar