Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İsrail bacarmadı, çökür: Blinken Ankaraya gəldi ki... Xəbərlər

0

  • İsrail qırğınının dördüncü ayında Blinken "ayıldı". Əslində o, HƏMAS-la müharibənin bu qədər uzanacağını düşünmürdü. O, öz səfər turuna Türkiyə ilə başladı. Türkiyə mətbuatını diqqətlə oxusanız, görərsiniz ki, Blinken tonunu kökündən dəyişib. O, sonuncu dəfə noyabr ayında burada olarkən demişdi: "ABŞ Qəzzada atəşkəsə qarşıdır və hesab edir ki, HƏMAS-ı məğlub etmədən bu, yalnız problemi davam etdirəcək".
    Buz.Su axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Maksim Şevçenko Blinkenin Türkiyə səfərinin səbəbini şərh edərkən deyib.
    "İndi o, yalnız sülhdən danışır. Əgər əvvəllər Türkiyə danışıqlar prosesindən kənarlaşdırılırdısa, bu dəfə Ankara Yaxın Şərq turunda ilk ölkə oldu. Ərdoğanın HƏMAS ilə sıx əlaqələri var, bu da onun vəziyyətə təsir etmək üçün yaxşı imkanlara malik olması deməkdir. Amma türklər birmənalı cavab verirlər: "Qəzza və HƏMAS birdir və müqavimət hərəkatı Qəzzanı idarə edəcək". ABŞ saysız-hesabsız müasir silah və maliyyə dəstəyinə baxmayaraq, Yaxın Şərqdəki quduz itinin bu qədər zəif olduğunu təsəvvür edə bilməzdi. Üç aydır ki, HƏMAS ilə döyüşdə heç bir nailiyyət yoxdur! Ancaq böyük personal itkiləri, avadanlıq itkiləri, iqtisadi çöküş, Netanyahunun devrilməsi ilə bağlı etirazlar... Bir tərəfdən də Livan Hizbullahı döyüşə hazırdır. İndiki şəraitdə ABŞ Ukrayna, Fələstin və Livan, qismən də İran və Suriyanın öhdəsindən gələ bilməyəcək. Blinken, ümumiyyətlə, sülhə çağırır", - o bildirib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1173800.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    35
    31
    19
    30
    16
    27
    23
    34
    13
    22
    10
    17
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar