Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Vaxtından tez pensiyaya çıxmaq istəyənlər üçün VACİB XƏBƏR Xəbərlər

0

  • Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda dəyişiklik edib.
    Buz.Su Xəzər TV-yə istinadən xəbər verir ki, siyahıya əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar qazpaylayıcı stansiyanın operatorları, texnoloji boru kəmərlərinin quraşdırıcıları daxil edilib.
    Qərara əsasən, aidiyyəti qurumlarin təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşə adı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.
    ƏƏSMN yanında İctimai Şuranın Sədri Elşad Məmmədov qeyd edib ki, Azərbaycanda erkən pensiya hüququnun əldə edilməsi ilə bağlı müvafiq qaydalara Nazirlər Kabineti tərəfindən edilən yeniliklərə iqtisadiyyatda gedən proseslərin yaratdığı zərurət kimi baxıla bilər.
    Elşad Məmmədovun sözlərinə görə, bu dəyişikliklər pensiya hüququnun əlçatanlılığı baxımından önəmlidir.
    Şura sədri əlavə edib ki, vaxtından əvvəl pensiyaya çıxmaq şəxslərin qərarından asılıdır. Yəni istəməyənlər bu hüquqdan istifadə etməyə bilərlər.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1182130.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    33
    29
    29
    18
    27
    12
    30
    29
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar