Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Vaqner” Putindən xahiş etdi: Bizi Qəzzaya göndər! - VİDEO Xəbərlər

0

  • "Vaqner" üzvlərindən biri Rusiya lideri Vladimir Putinə video-müraciət edib.
    Buz.Su axar.az-a istinadən bildirir ki, bu barədə "Vaqner"in sosial media hesabında məlumat yayılıb.
    Üzü bağlı olan vaqnerçi adını çəkmək istəmədiyi yerdən yeni gəldiklərini bildirib:
    "Mən müdafiə naziri Şoyquya, Baş Qərargah rəisi Gerasimova deyil, birbaşa Prezident Vladimir Putinə müraciət edirəm: xahiş edirəm, bizi "Vaqner" komandanlığı altında ya Ukraynaya, ya da Fələstinə göndərin!"
    O bildirib ki, kimlərləsə hansısa müqavilə bağlamaq istəmirlər (vaqnerçilərə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq öhdəliyi qoyulub):
    "Biz heç vaxt sizə qarşı olmamışıq, Vladimir Vladimiroviç! Çinki biz vətənpərvərik. Ona görə sizdən acizanə xahiş edirik: icazə verin, Ukrayna və ya Fələstinə "Vaqner" adı altında gedək. İnanırıq ki, siz bizi yaxşı başa düşürsünüz".
    O bildirib ki, bununla bağlı vaqnerçilərin Putinə rəsmi məktubu var və o məktub Putinə çatanda, yəqin ki, doğru qərar verəcək.

    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1155955.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12
    25
    27
    30
    11
    35
    31
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar