Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycan və Özbəkistan birgə fındıq yetişdirilməsinə dair memorandum imzalayıb Xəbərlər

0

  • Azərbaycanın "Agrarco" MMC şirkəti ilə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi arasında birgə fındıq yetişdirilməsinə dair memorandum imzalanıb.
    Sonxeber.pro Trend-ə istinadən bildirir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya dövlət səfəri çərçivəsində Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov "Agrarco" şirkətinin direktoru Cavid Kazımovla görüşüb.
    Görüşün məqsədi fındıq yetişdirilməsi, emalı və bütünlükdə bağçılığın inkişafı üzrə təcrübə ilə tanışlıqdan ibarət olub.
    Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tərəflər, həmçinin, kənd təsərrüfatı sahəsində Özbəkistan-Azərbaycan əlaqələrinin təşviqi və inkişafına dair məsələləri müzakirə ediblər.
    Bununla yanaşı, görüş çərçivəsində təcrübə mübadiləsi və fındıq yetişdirilməsi üzrə təlim almaları üçün Azərbaycana mütəxəssis göndərilməsi ilə bağlı perspektivlər nəzərdən keçirilib.
    Xatırladaq ki, 2022-ci ildə Azərbaycan dünya bazarına 106,3 milyon ABŞ dolları dəyərində fındıq çıxarıb ki, bu da 2021-ci ilin göstəricisndən 2,5 milyon dollar və ya 2,3 faiz azdır.
    Sonxeber.pro 

    Mənbə: https://news.milli.az/economy/1139378.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    24
    23
    17
    12
    3
    39
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar